RU

Çempionlar Liqası: İlk finalçı müəyyənləşir

BAKI, 6 may. TELEQRAF

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları bu gün start götürür.

Teleqraf xəbər verir ki, ilk oyun günü Milanda “İnter” İspaniyanın “Barselona” klubunu qəbul edəcək.

Tərəflər arasında gərgin mübarizə şəraitində keçən ilk qarşılaşmada qalib müəyyənləşməyib.

Hər iki klubun finala vəsiqə şansları təxminən bərabərdir.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00 “İnter” (İtaliya) – “Barsaelona” (İspaniya)

İlk oyun: 3:3

Избранный
0
teleqraf.com

1Источники