RU

Stiven Uitkoff: İranla danışıqların növbəti raundu mayın 10-11-də baş tuta bilər

Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftə sonu, mayın 10-11-də baş tuta bilər.

"Report"un "Axios" portalına istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"ABŞ bu həftə sonu İranla nüvə danışıqlarının dördüncü raundunun keçirilməsinə razılıq verməyə çalışır", - o qeyd edib. “Əgər bu baş verməsə, bu, yalnız ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri ilə bağlı olacaq”, - xüsusi nümayəndə bildirib.

Onun sözlərinə görə, İranla danışıqlar müsbət xarakter daşıyır. "Biz müəyyən irəliləyiş əldə edirik. Ümid edirəm ki, onlar danışıqları düzgün istiqamətə aparırlar. Prezident problemin diplomatik yolla həll olunmasını istəyir, ona görə də biz onların hərəkətə keçməsi üçün əlimizdən gələni edirik", - Uitkoff deyib.

Избранный
0
report.az

1Источники