RU

Tramp: O siyasi məhbusu dərhal azad edin

BAKI, 6 may. TELEQRAF

"Kolorado ştatının radikal sol baxışlara malik Baş prokuroru Fil Vayzer əyalətində zorlama və qətl kimi ağır cinayətlər törədən qeyri-qanuni mühacirlərə məhəl qoymur".

Teleqraf xəbər verirdi ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında belə yazıb.

O qeyd edib ki, Baş prokuror "əvəzində demokratların seçkilərdəki saxtakarlıqlarının araşdırılması və sənədləşdirilməsi üzərində çalışan" 69 yaşlı "qəhrəman ana" Tina Petersi həbs edib.

Tramp bildirib: "Tina qəddar və qeyri-adi cəza formada dəhşətli və ədalətsiz cəzaya məruz qalan günahsız siyasi məhbusdur. Bu, radikal sol demokratlar tərəfindən 2020-ci il seçkilərində cinayətlərini və yaramazlıqlarını ört-basdır etmək üçün görülmüş kommunist təqibidir".

Prezident vurğulayıb ki, demokratlar "MS-13 terrorçusunu azad etmək üçün El Salvadora uçmağa" hazırdırlar, amma öz ölkələrində "cəsur və qəhrəman oğlu Amerika üçün canını verən nənəni amansızcasına, bəlkə də ömürlük həbsə" məhkum edirlər.

Amerika rəhbəri yazıb: "Kolorado günahsız bir amerikalının bu ədalətsiz həbsinə son qoymalıdır. Mən məsələ ilə bağlı Ədliyyə Departamentinə Demokratlar tərəfindən siyasi səbəblərə görə Kolorado həbsxanasında saxlanılan bu “girovun” azad edilməsini asanlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə göstəriş verirəm. TINA PETERSİ DƏRHAl AZAD EDİN, ELƏ BU DƏQİQƏ!"

Избранный
0
teleqraf.com

1Источники