RU

Özələ əl qaldıran şəxsin cəzası mütləq veriləcək RƏY

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Müxalifət partiya sədrinin mənəvi və fiziki qorunması Türkiyə dövlətinin işidir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl hücuma məruz qalıb. Hadisə Özəl Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən baş verib. Türkiyəli siyasətçi Sırrı Süreyya Önderin vida mərasimindən sonra mərkəzdən ayrılarkən CHP sədrinə yaxınlaşan şəxs anidən onun üzünə yumruqla zərbə endirib. Hadisəni törədənin 66 yaşlı Səlcuq adlı kişi olduğu müəyyən edilib. O, saxlanılaraq polis bölməsinə aparılıb. 66 yaşlı Tengioğlunun niyə belə bir addım atdığına dair verdiyi ifadə isə ictimaiyyətdə maraqla qarşılanıb: "Bir anda çox yaxınına getdim. Yanında olanda təsadüfən sağ əlim qalxdı və Özələ vurdum. O ana qədər belə bir şey etmək planım yox idi. O an ağlıma gəldi və etdim". CHP lideri Özgür Özələ edilən hücum Türkiyə siyasətinə yad hadisə deyil, lakin hücumda suallar yaradan məqamlar da diqqətdən yayınmır. Özəl belə bir şəxsin hücumunun arxasında “başqalarının olduğunu” deyir. Türkiyənin siyasi gündəmi hücuma məruz qalan Özələ fokuslanıb və bu, onun CHP-də əsas namizəd olmaq perspektivini gücləndirir. Namizədlik mübarizəsində hazırda həbsdə olan Əkrəm İmamoğlunun önünün kəsilməsi, Özəlin yolunun açılması fonunda bu hücumun yaratdığı effekt xüsusilə maraqlıdır. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özələ zəng edib. CHP sədrinə "keçmiş olsun" arzularını çatdıran Türkiyə lideri hadisənin bütün detalları ilə aydınlaşdırılması üçün prosesi yaxından izlədiyini bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında bildirib ki, hücumla bağlı dərhal istintaq başladılıb və hadisəni törədən şəxs saxlanılıb: "Cənab Özələ qarşı bu hücumu qınayır, ona keçmiş olsun arzularımızı çatdırırıq". 

Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə ana müxalifəti CHP-nin sədri Özgür Özelə qarşı edilən hərəkət təbii ki, doğru deyildi və təəssüf doğurdu. Ekspertin fikrincə, dünyada bu kimi insidentlər olur: 

"Hətta dövlət rəhbərlərinin başına yumurta belə vururlar. Məsələn, Fransa Prezidenti E.Makronun başına yumurta da atıblar, üzünə şillə də vurublar. Hər bir siyasətçi öz ölkəsində bu kimi aşağılamaya məruz qalırsa, müəyyən mənada bunda günahı özündə də axtarmalıdır. Amma bu, belə olsa belə, bu kimi rəftara əsas vermir. İnsanlar öz emosiyalarını bir cür ifadə edirlər. Görünən odur ki, hərəkəti edən şəxs də bu kimi hərəkəti seçib. Məsələnin mahiyyəti göründüyündən böyükdür. İstər hakim partiyanın, istərsə də Özgür Özəlin sədri olduğu CHP üçün. Hakim AKP də, CHP də bu hərəkətin mənəvi rezonansının çox olduğunu bilirlər. AKP bu hərəkətdə maraqlı olmamalıdır, çünki ana müxalifət partiyası sədrinə qarşı aşağılacıyı hərəkət Türkiyə dövlətinin beynəlxalq imicinə qarşı edilmiş addımdır. Müxalifət partiya sədrinin də mənəvi və fiziki qorunması Türkiyə dövlətinin işidir. Müxalif partiyanın özü üçün də bu hərəkət daxili nüfuz itkisidir. Müxalifəti güclü olan ölkənin hakimiyyəti də güclü olur. Hesab edirəm ki, Türkiyə iqtidarı hadisəni törədən şəxsin cəzasını mütləq verəcək və bu kimi hallara bir daha imkan verməyəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
1
icma.az

2Источники