RU

Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını belə etiraf etdi - VİDEO

Barəsində şikayətlər artan “Uğur 777” klinikasını qoruma altına alan “müvafiq orqanlar” hansılardır?

Aprelin 28-də qədirbilən Azərbaycan xalqı, xüsusən də ölkənin səhiyyə ictimaiyyəti akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünü qeyd etdi. İşıq tutulan xatirələrdə görkəmli oftalmoloq-alimin tibb elminə dair sanballı tədqiqatları, monoqrafiya, dərs vəsaitləri, ixtira və səmərələşdirici təklifləri sadalandı. Onun həkim sənətinin humanistliyinin dərin köklərindən, bəşəriliyindən, yüksək mənəvi-əxlaqi xüsusiyyətlərindən, ən başlıcası isə, məsuliyyətindən bəhs edən “Yüksək əqidə” əsəri Azərbaycan həkimləri üçün bir növ Hippokrat andı statusundadır deyildi. Görün nə yazılıb həmin kitabda: “Vicdan – bizim əsas hakimimizdir. Ağır dəqiqədə və sevinc saatında təkbətək olanda soruşur: ağ xalat geyinməyə sənin mənəvi hüququn varmı? İllər keçdikdən sonra sənin əllərin əzab çəkən insana tək biliyini deyil, narahat fikirlərini, yanan ürəyini çatdıra bilibmi? Bu, düzünü desək, şəxsi vicdan qarşısında ciddi mühakimədən çıxmaq, böyük xoşbəxtlikdir”.
Избранный
0
paytaxt.org

1Источники