RU

Türkiyə səfiri Birol Akgün azərbaycanlı turizmçilərlə görüşüb

Türkiyə səfiri Birol Akgün azərbaycanlı turizmçilərlə görüşüb

Azərbaycanın turizm təyinatlı təşkilat rəhbərləri Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.Görüşdə iştirak edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Rəyasət Heyətinin üzvü Ruslan Quliyev AFN.az-a açıqlamasında bildirib ki, görüşdə onunla bərabər “Turan” Qastroturizm Akademiyasının nümayəndələri – Tədris və Kulinariya şöbəsinin rəhbəri, “PMF catering” şirkətinin icraçı direktoru Fırat Dursun , “Skal İnternational Baku” klubunun prezidenti Ceyhun Aşurov da iştirak edib. Görüş zamanı iki ölkə arasında son 10 il ərzində turizm və qonaqpərvərlik sahəsində mümkün əməkdaşlıq, həm Azərbaycanın, həm də Türkiyə turizminin bu istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub. Həmçinin turizm sahəsində həyata keçirilən təşəbbüslər, Türkiyə ilə potensial əməkdaşlıq imkanları və “Turan” Qastroturizm Akademiyasının fəaliyyəti barədə ətraflı məlumat verilib.Birol Akgün Sumqayıtda yerləşən mərkəzə dəvət olunub. Görüşdə iki qardaş ölkə arasında təhsil və turizm sahəsindəki strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Səfir Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində həyata keçiriləcək layihələrə dəstək veriləcəyini bildirib.

Избранный
0
afn.az

1Источники