ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib.
İki gün sonra, aprelin 28-də pulu alıb.
Ancaq ana və oğulun sevinci qısa sürüb. Bir neçə gün sonra Ceyms həbs olunub.
Sfera.az bildirir ki, həmin gün həmin şəxs kurort otelində olub və dava düşüb. Ceyms Fartinq başqa bir ziyarətçini yumruqla vurub.
Şerif müavini mübahisəni dağıtmağa çalışdıqdan sonra, iddiaya görə, lotereya qalibi onun üzünə təpik vurub, üzünün şişməsinə və qızarmasına səbəb olub. Daha sonra Ceyms Fartinq həbsə müqavimət göstərməyə və qaçmağa cəhd edib, lakin tutulub.
O, həbs edilib və hüquq-mühafizə orqanının əməkdaşına hücum etmək, məmura müqavimət göstərmək və şərti azadlığa buraxılma şərtlərini pozmaqda ittiham olunub. Məsələ burasındadır ki, lotereyada qalib gəlməzdən əvvəl də həmin şəxs artıq cəza çəkib və vaxtından əvvəl azadlığa buraxılıb.
Ceymsi sevgilisi müşayiət edib. Onun sərxoş olduğu, qışqırdığı və anlaşılmaz ifadələr verdiyi qeyd edilir. Nəticədə Ceyms, asayişi pozmaqda ittiham olunub.
Aysel