RU

Əbu-Dabidən gələn təyyarə təcili eniş etdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən Moskvaya uçan təyyarə Şeremetyevoda nasazlıqla eniş edib.

Ucnoqta.az bildirir ki, RİA Novosti bu barədə fövqəladə hallar xidmətinin məlumatına istinadən xəbər verir.

Bildirilir ki, Əbu-Dabidən Moskvaya uçan “Airbus A321” təyyarəsi təzyiq sistemində nasazlıqla Şeremetyevoda eniş edib.

Qeyd olunur ki, eniş adi qaydada baş tutub, gəmi və sərnişinlər üçün heç bir fəsad törətməyib.

Избранный
0
ucnoqta.az

1Источники