RU

Kaliforniya sahillərində qayıq aşdı - Ölənlər və itkin düşənlər var

ABŞ-da Kaliforniya ştatının San Dieqo sahillərində kiçik qayığın aşması nəticəsində 3 nəfər ölüb.

Publika.az xəbər verir ki, hadisə zamanı 4 nəfər yaralanıb, daha 9 nəfər itkin düşüb.

Sakit okean sahilində çevrilmiş qayıq səhər tezdən sahilə gəzintiyə çıxan sakinlər tərəfindən aşkar edilib.

Səlahiyyətli şəxslər 12 metrlik qayığın haradan gəldiyini bilmədiklərini açıqlayıblar.

Избранный
0
5
publika.az

10Источники