RU

Zaqatalada iki minik avtomobili toqquşub: xəsarət alanlar var

Zaqatalada iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Zaqatala şəhərinin Faiq Əmirov küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KIA” markalı avtomobillə, 1982-ci il təvəllüdlü Zöhrab
Qardaşovun sürdüyü “Opel” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Избранный
0
7
demokrat.az

10Источники