AZ

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Zaqatalada iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, qəza axşam saatlarında Zaqatala şəhərinin Faiq Əmirov küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KIA” markalı avtomobillə, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun sürdüyü “Opel” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
7
icma.az

10Mənbələr