RU

Əvəzedicilər: “Qarabağ”la “Neftçi”dən inamlı qələbə

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 33-cü turun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

“Qarabağ-2” – “Sumqayıt-2” oyununda meydan sahibləri inamlı qələbəyə seviniblər. “Neftçi”nin ikinci komandası da “Kəpəz”in əvəzedicilərinə oxşar hesabla (2:0) qalib gəlib.

Əvəzedicilər Liqası
33-cü tur

3 may

“Zirə-2” – “Turan Tovuz-2” 0:1
Qol: Məzahir Məmmədzadə, 72.
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Vüqar Bayramov, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu. 17:00.

4 may

“Şamaxı-2” – “Səbail-2” 2:4
Qollar: Murad Vəliyev, 65; 82 – Teymur Məmmədov, 11. Fərid Şahhüseyni, 22; 35. Vüsal Alızadə, 78.
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu. 17:00.

“Araz-Naxçıvan-2” – “Sabah-2” 0:1
Qol: Ramil Nuraxmedov, 49.
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Akif Əmirli, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu. 17:00.

5 may

“Qarabağ-2” – “Sumqayıt-2” 2:0
Qollar: Qurban Səfərov, 47. Nihat Mehralıyev, 56.
Hakimlər: İnqilab Məmmədov, Şirmamed Mamedov, Eyyub İbrahimov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu. 17:00.

“Neftçi-2” – “Kəpəz-2” 2:0
Qollar: Sənan Ağayev, 65. Həbib İsmayılov, 72.
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança). 17:00.

Избранный
0
3
arena.az

6Источники