Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 33-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Zirə” ilə “Turan Tovuz”un əvəzediciləri üz-üzə gəliblər. Görüşün taleyini bir qol həll edib. Tovuz təmsilçisi səfərdən 3 xalla qayıdıb.
Turun qalan oyunları mayın 4-də və 5-də keçiriləcək. Bütün görüşlər saat 17:00-da start götürəcək.
Əvəzedicilər Liqası
33-cü tur
3 may
“Zirə-2” – “Turan Tovuz-2” 0:1
Qol: Məzahir Məmmədzadə, 72.
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Vüqar Bayramov, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu. 17:00.
4 may
“Şamaxı-2” – “Səbail-2”
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu. 17:00.
“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Akif Əmirli, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu. 17:00.
5 may
“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: İnqilab Məmmədov, Şirmamed Mamedov, Eyyub İbrahimov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu. 17:00.
“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança). 17:00.