RU

Bakıda "Rus Evi"nin fəaliyyətinin bərpası müzakirə edilir

Rusiya və Azərbaycan Bakıda "Rus Evi"nin fəaliyyətinin bərpası imkanlarını müzakirə edirlər.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov LIVETVAZ "YouTube" kanalına müsahibəsində deyib.

"Azərbaycan tərəfinin xahişi ilə "Rus Evi" fəaliyyətini dayandırdı. Amma mənə elə gəlir ki, biz bu məsələ ilə bağlı müsbət dialoqa başlamışıq. "Sputnik" agentliyinin işi ilə bağlı da müzakirələr aparılır", - deyə səfir qeyd edib. Yevdokimov əlavə edib ki, Moskva qarşılıqlı məqbul həll yolu tapmağa ümid edir.

Qeyd edək ki, fevralda “Rossotrudniçestvo”nun rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin şəhərin mərkəzindəki binaların boşaldılması üçün tədbirlər görmək tələbi ilə əlaqədar Bakıdakı "Rus Evi"nin fəaliyyətini dayandırmağa məcbur olduğunu bəyan edib. Bu tələbin səbəbi Bakıdakı "Rus Evi"nin yerli qanunvericilikdə tələb olunan hüquqi şəxs kimi qeydiyyata alınmaması olub. Bundan əlavə, fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Russia Today” media qrupunun Azərbaycandakı nümayəndəliyinin ("Sputnik Azərbaycan") fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, Rusiya şirkəti Azərbaycanda yalnız bir müxbiri üçün akkreditasiya ala bilər.

Nuranə Abbasova

Избранный
0
17
unikal.az

10Источники