AZ

ABŞ-nin daxili təhlükəsizlik naziri qarət edildi

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemi Vaşinqtondakı bir restoranda qarət edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazirin içərisində sənədlər və pul olan çantası oğurlanıb. 

"Oğurlanan çantanın içərisində sürücülük vəsiqəsi, dərman vasitələri, mənzil açarları, pasport, xidməti vəsiqə, kosmetik çanta və təxminən 3000 dollar pul olub", - məlumatda deyilir.

Nazirin təhlükəsizliyini təmin edən və onunla birlikdə restoranda olan Məxfi Xidmət əməkdaşları müşahidə kameralarının görüntülərinə baxıb və oğrunun tibbi maska ​​taxan naməlum kişi olduğunu müəyyən ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu 

Seçilən
42
17
unikal.az

10Mənbələr