RU

Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Qasım Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin noyabrın 28-də Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb. Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham elan olunub.

Избранный
0
3
apa.az

5Источники