AZ

Maştağada dəhşətli cinayət: Ögey anasını öldürən şəxsə hökm oxundu

Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun məhkəmə prosesi başa çatıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin qərarına əsasən, Qasım Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il noyabrın 28-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın qətlə yetirilməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, 1997-ci il təvəllüdlü Qasım Məmmədov aralarında yaranan mübahisə zamanı ögey anasına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Seçilən
0
3
yenisabah.az

5Mənbələr