1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış görüntülərdə Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə “Aşot, gör necə yanır”, - deyərək yanan evlərdən birini göstərir.
Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, erməni hərbçilərin 1989-cu il avqustun 12-də atası Mehti Məmmədovu öldürdüyünü diqqətə çatdırıb: “Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.
Zərərçəkmiş digər şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını deyib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan SQ tərəfindən silahlı hücum nəticəsində işğal olunduğunu söyləyib.
A. İbrahimov kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşə tutulduğunu əlavə edib: “1992-ci il mayın 8-dək ermənilərin hücumunda pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.
Ağəli İbrahimov bildirib ki, Cağazur kəndində 6 otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni ona böyük zərər dəyib.
8Источники
-
mia.azErmənilər Bakıda hakim qarşısında - Laçının işğalı ilə bağlı videomaterial nümayiş etdirilib (YENİLƏNİB) ( 17004410)
-
demokrat.az“Aşot, gör necə yanır...” — Məhkəmədə video göstərildi ( 17001977)
-
aznews.az“Aşot, gör necə yanır...” - Məhkəmədə video göstərildi ( 16998170)
-
unikal.azMəhkəmədə Laçının işğalı ilə bağlı videomaterial nümayiş etdirildi ( 16996778)
-
mia.azErmənilər Bakıda hakim qarşısında - Laçının işğalı ilə bağlı videomaterial nümayiş etdirilib ( 16996643)
-
qafqazinfo.az“Aşot, gör necə yanır...” - Məhkəmədə video göstərildi ( 16995674)
-
xezerxeber.az“Aşot, gör necə yanır” ( 16994702)
-
az.trend.azMəhkəmədə Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı vidematerial nümayiş etdirilib ( 16994459)