“Bu, mənim siyasi qiymətimdir. Kiminsə dedikləri Rusiya tərəfinin, fraksiya üzvlərinin bəyanatları ilə tamamilə üst-üstə düşəndə belə nəticə çıxarmaq olar”, - Ermənistan parlamentinin sədri vurğulayıb.
![]() |
Simonyan Moskvanı “hibrid müharibə”də ittiham edir |
Alen Simonyan həmçinin iddia edib ki, bu həftə Ermənistanda parlament seçkiləri keçirilərsə, hakim “Vətəndaş müqaviləsi” partiyası seçicilərin yarıdan çoxunun etimadını qazanacaq.
- Bugünkü sorğular hakim partiyanın birinci yerdə olduğunu və əhalinin ən böyük dəstəyini qazandığını göstərir. Əminəm ki, seçkilər bu cümə günü keçirilsə, “Vətəndaş müqaviləsi” 50%+ qazanaraq qalib gələcək”,- erməni siyasətçi bildirib.
Xatırladaq ki, Alen Simonyan bu gün keçirdiyi brifinqdə, həmçinin Moskvanı Ermənistana qarşı "hibrid müharibə" aparmaqda ittiham edib.
Sahil İsgəndərov
AzVision.az