EN

Simonyan: “Köçəryan Rusiyanın casusudur”

AzVision.az xəbər verir ki, sonradan Simonyan əlində faktlar olmadığını və dediklərinin sırf siyasi bəyanat olduğunu bildirib. Onun iddiasına görə, bu cür sözlərə səbəb Köçəryanın söz və hərəkətlərinin Rusiyanın maraqlarını müdafiə etməsi və Moskvaya “xidmətlər göstərməsi”dir.

“Bu, mənim siyasi qiymətimdir. Kiminsə dedikləri Rusiya tərəfinin, fraksiya üzvlərinin bəyanatları ilə tamamilə üst-üstə düşəndə belə nəticə çıxarmaq olar”, - Ermənistan parlamentinin sədri vurğulayıb.

Simonyan Moskvanı “hibrid müharibə”də ittiham edir
Simonyanın fikrincə, onun mövqeyini şərtləndirən daha bir arqument Köçəryanın dəstəklədiyi Gümrü şəhərinin yeni meri Vardan Qukasyanın Ermənistanın Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmasının lehinə çıxış etməsidir.

Alen Simonyan həmçinin iddia edib ki, bu həftə Ermənistanda parlament seçkiləri keçirilərsə, hakim “Vətəndaş müqaviləsi” partiyası seçicilərin yarıdan çoxunun etimadını qazanacaq.

- Bugünkü sorğular hakim partiyanın birinci yerdə olduğunu və əhalinin ən böyük dəstəyini qazandığını göstərir. Əminəm ki, seçkilər bu cümə günü keçirilsə, “Vətəndaş müqaviləsi” 50%+ qazanaraq qalib gələcək”,- erməni siyasətçi bildirib.

Xatırladaq ki, Alen Simonyan bu gün keçirdiyi brifinqdə, həmçinin Moskvanı Ermənistana qarşı "hibrid müharibə" aparmaqda ittiham edib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
0
azvision.az

1Sources