RU

Bakıda 3 mərtəbəli binada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nəsimi rayonu, S.Rəhimov küçəsində yeləşən üçmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində üçmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən hosteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində səkkizotaqlı hostelin bir otağı 12 m² sahədə yanıb.

Hostelin böyük hissəsi və bina yanğından mühafizə olunub.

Избранный
0
14
apa.az

10Источники