RU

Aya yerləşdirilən ilk sənət əsərinin yaradıcısı Pol Van Heydonk vəfat edib-Foto

Əsərini Aya yerləşdirən ilk rəssam olan belçikalı rəssam Pol Van Heydonk 99 yaşında vəfat edib.

Oxuməni.az “Euronews”-a istinadən xəbər verir ki, bu barədə onun ailəsi şənbə günü “Facebook”-da məlumat yayıb.

“Düşmüş astronavt” skafandrda uzanmış astronavtın 8,5 santimetrlik alüminium heykəli və “kosmik yarış” zamanı – ABŞ və Sovet İttifaqı arasında kosmosun tədqiqi sahəsində rəqabət dövründə həlak olanların xatirəsinə qoyulmuş miniatür xatirə lövhəsidir. Səkkiz amerikalı astronavtın və altı sovet kosmonavtının adını daşıyır.

Müəllif quraşdırmanı kifayət qədər yüngül, lakin eyni zamanda davamlı və Ayın səthində həddindən artıq temperatur dəyişikliklərinə tab gətirə bilən düzəldib.

1 avqust 1971-ci ildə NASA astronavtı Devid Skot Yer peykinin səthində “Hadley-Rille” adlı “Apollon 15” eniş yerində bu sənət əsərini yerləşdirdi.

Onilliklər ərzində “Düşmüş astronavt” Ayda yeganə sənət əsəri hesab olunurdu, lakin keçən fevral ayında o, bu şərəfi amerikalı rəssam Ceff Kuns tərəfindən hazərlanmış 125 mini heykəllə bölüşmək məcburiyyətində qaldı.

8 oktyabr 1925-ci ildə Anversdə anadan olan Pol Van Heydonk həm öz ölkəsində, həm də xaricdə rəsmlər,şəkillər və kollajlar yaradan tanınmış rəssam idi.

Almaz Həsənli

Избранный
0
oxumeni.az

1Источники