RU

Levandovski "İnter"lə cavab matçı üçün heyətə daxil edilib

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının yarımfinalının "İnter"lə (İtaliya) cavab oyunu üçün heyətə daxil edilib.

“Report” xəbər verir ki, bu barədə Kataloniya klubunun sosial şəbəkə hesablarında məlumat yayılıb.

Polşalı ön xətt oyunçusu aprelin 19-da İspaniya çempionatında baş tutan “Selta” ilə matçda (4:3) sol budunun əzələsini zədələmişdi. Bu səbəbdən o, İspaniya Kubokunun finalında "Real”la matçı (3:2) və UEFA Çempionlar Liqasında "İnter"lə ilk görüşü (3:3) buraxmalı olmuşdu.

Qeyd edək ki, "Barselona"nın heyətində cari mövsümdə meydana çıxdığı 48 matçda 40 qol vuran polşalı futbolçu hazırda La Liqada bombardirlərin siyahısına başçılıq edir. R.Levandovski Çempionlar Liqasında 11 qol vurub.

"Barselona" və "İnter" arasında cavab qarşılaşması mayın 6-da Milanda keçiriləcək.

Избранный
0
9
report.az

10Источники