UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə ilk oyununda (3:3) zədə alan “Barselona”nın müdafiəçisi Jül Kundenin durumu müəyyənləşib.
Publika.az xəbər verir ki, matçın 40-cı dəqiqəsində zədələnərək Erik Qarsiya ilə əvəzlənən fransalı müdafiəçi cavab oyununda iştirak edə bilməyəcək.
"Barselona" və "İnter" arasında cavab oyunu mayın 6-da Milanda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.