RU

“Putin 9 may paradındakı nitqində öz xalqına hansı yalanları sırıyacaq?” - Elxan Nuriyev

Yazını böyüt
Yazını kiçilt

“Konkret Moskvadakı parad öncəsi Ukraynanın hansı planları olduğunu deyə bilmərəm...”

“Təbii ki, Rusiya tərəf  fürsətdən istifadə edərək  müxtəlif  bərpa və hazırlıq işləri görə bilər. Ukrayna isə həmişə etdiyini edəcək. Bununla bağlı planlar çoxdur. Bu saat Ukrayna həm  silahlanır, həm də səfərbərliyi davam etdirir. Ukrayna öz ərazilərini Rusiya işğalçılarından qorumaq və təmizləmək uğrunda mübarizə aparır. Bunun elə əsl adı Vətən müharibəsidir. Və bu, Ukraynaya özünümüdafiə və ərazi  bütövlüyü uğrundakı savaşda bütün mümkün qanuni hərbi, texniki, texnoloji və s. vasitələrdən istifadə etmək haqqı verir”.

Bunu hafta.az-a açıqlamasında Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi-siyasi ekspert Elxan Nuriyev “Rusiyanın təklif etdiyi və Ukrayna tərəfinin qeyri-səmimi adlandıraraq rədd etdiyi Moskvadakı 9 may paradı öncəsi 3 günlük atəşkəs( 7-10 may) dövründə, yəqin ki, Putin nələrisə bərpa etmək, nələrəsə hazırlaşmağı nəzərdə tutub. Bəs Kremlin birtərəfli atəşkəs edəcəyi və paytaxtda müxtəlif ölkə başçılarının iştirakıyla parad keçirəcəyi halda Ukrayna tərəfi hansı tədbirləri görməyi planlaşdır?” sualını cavablandırarkən söyləyib.

“Konkret Moskvadakı 9 may paradı öncəsi Ukraynanın hansı planları olduğunu deyə bilmərəm. Ancaq müəyyən planların olduğu şübhəsizdir. Nələr edə bilər Ukrayna? Məsələn, sübut edə bilər ki, paradöncəsi Moskva, onun ətrafının və Rusiyanın digər şəhərlərinin hava hücumundan müdafiə sistemi “aşsüzən”dir və istənilən yerə zərbə endirmək olar. Və bu halda, yəqin ki, bəzi dövlət başçıları fikirləşər ki, bizim Moskvada nə işimiz var. Bu da mümkündür. Yəni birbaşa parad zamanı yox, paradöncəsi Ukrayna belə işlər görə bilər”.

“Bəs 3 ildən çox müddətdə Ukraynaya qarşı savaşda nəzərdə tutduğu heç bir məqsədə nail olmamış Rusiya lideri Vladimir Putin 9 may paradındakı nitqində öz xalqına hansı yalanları sırıyacaq?” sualına isə hərbi ekspert belə cavab verib:

“Putin üçün yalan danışmaq adi haldır. Məsələn, Rusiya xalqının başını onunla aldadacaq ki, deyəcək, görürsüz, Qərb, Ukrayna mənə yalvarır, ona görə də “biz yerdə qalan tarixi torpaqlarımızı danışıqlar yoluyla azad edəcəyik”. Təbii ki, Rusiya füreri Ukrayna ilə bağlı 5 planından heç birinə nail olmayıb. Nə rus dili dövlət statusu alıb, nə Konstitusiyadan Ukraynanın NATO-ya daxil  olmasıyla bağlı maddə çıxarılıb, nə rus pravoslav kilsəsinə status verilib, nə demilitarizasiya(ordusuzlaşdırma), nə də denasifikasiya(millətsizləşdirmə) kimi qondarma niyyətləri həyata keçirilib.  Əksinə, Rusiya işğalı başlayandan Ukraynada milli əhval-ruhiyyə yüksəlib, Ukrayna ordusu daha da güclənib, həm ölkədə anti-Rusiya əhval-ruhiyyəsi daha da qalxıb, eyni zamanda fərqli sorğulara əsasən ölkənin NATO-ya üzv olmasını istəyən vətəndaşlar 84-86 faiz təşkil edir.  Yəni Putin heç bir istəyinə nail olmadığı üçün həmişə olduğu kimi yalanlar söyləyəcək, qondarma hesabatlar verəcək...”.

Избранный
0
hafta.az

1Источники