Rusiyanın paytaxtı Moskvada Qələbə Paradından öncə təhlükəli anlar yaşanıb.
“Busaat.az” xəbər verir ki, Moskva meri Sergey Sobyanin mayın 5-də Ukraynaya məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarının paytaxtı hədəf aldığını bildirib.
Dronlar Moskvanın cənubundakı Podolsk yaxınlığında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Hadisə nəticəsində xəsarət alan və ya dağıntı qeydə alınmayıb.
Hadisə səbəbindən Moskva hava limanlarında uçuşlarda müvəqqəti fasilə yaranıb.
Ukrayna tərəfi məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
Nərmin Səmidova
Busaat.az