RU

“TikTok”da “Azərbaycan Müəllimləri” adlı müsabiqəyə start verilir

“TikTok” sosial media platforması Elm və Təhsil Nazirliyinin dəstəyilə “Azərbaycan Müəllimləri” adlı milli müsabiqəyə start verir.

“Qafqazinfo” xəbər verir ki, ilk dəfə keçirilən müsabiqədə məktəb, universitet, eyni zamanda orta ixtisas təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər.

Müsabiqə  5 may - 1 iyun tarixlərini əhatə edəcək.

Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə “TikTok”da paylaşmalıdırlar.

Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Sonda maarifləndirici videoları ən çox baxış sayı toplayan üç qalib müəyyən edilərək “iPhone 16 Pro” smartfonu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, “TikTok”un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan yaratmış olacaq.

Избранный
0
4
qafqazinfo.az

5Источники