RU

​"Beşiktaş"a məğlubiyyət aranı qarışdırdı -

"Beşiktaş"a məğlubiyyətdən sonra çempionluq yarışında xeyli geri düşən "Fənərbaxça"da Joze Mourinyonun gələcəyi müzakirə mövzusu olub. Metbuat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcıya cəlbedici transfer təklifi edilib. Türkiyə mediasının məlumatına görə, “Fənərbaxça” prezidenti Ali Koçun Ali Şuranın iclasında Mourinyo ilə davam edəcəklərini açıqlamasına baxmayaraq, portuqaliyalı məşqçi üçün transfer təklifləri gəlməkdə davam edir. İddialara görə, adı Portuqaliya milli ilə də hallanan Joze Mourinyoya Səudiyyə Ərəbistanından təklif gəlib. “Əl Ettifaq” klubu Mourinyoya iki il üçün 50 milyon avro təklif edib. Mourinyonun "Fənərbaxça" ilə 2026-cı ilə qədər müqaviləsi var.

Qeyd edək ki, "Beşiktaş"a 0:1 hesabı ilə uduzan "Fənərbaxça" lider "Qalatasaray"dan 8 xal geri qalıb.

Избранный
0
metbuat.az

1Источники