GƏNCƏ, 5 may. TELEQRAF
Gəncədə həyat yoldaşı ilə mübahisə edən 27 yaşlı qadın siçan dərmanı içib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazilərindən birində qeydə alınıb.
1997-ci il təvəllüdlü Minayə Abdullayeva huşsuz vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Hazırda ona tibbi yardım göstərilir.
İlkin məlumata görə, qadın əri ilə mübahisədən sonra bu addımı atıb.