RU

Saxta qızıl satanların YENİ TAKTİKASI – Məsuliyyətdən qaçmaq üçün bu yola əl atırlar

Mövcud qanunvericiliyə görə, pərakəndə ticarət fəaliyyəti göstərən subyektlər alıcıya qəbz və ya bank çıxarışı verməyə borcludurlar. Bu, qızıl kimi dəyərli məhsullar üçün də keçərlidir. Lakin demək olar ki, heç bir qızıl mağazasında bu halla qarşılaşmırıq. Qızıl satanlar bir qayda olaraq alıcıya etdiyi ödənişə görə kassa çeki vermir.

Nəzərə alaq ki, qızılın qiyməti tarixi rekorda imza atıb. Bu bashalaşma fonunda bir çox insanlar ehtiyat pullarını qızıla xərcləyərək faydalı yatırım etmək istəyir. Bazarlarda satılan qızıla görə hər hansı bir rəsmiləşdirilmə aparılmaması isə ciddi narahatlıq doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın qızıl ixracından gəliri 6 dəfə artdı


Çünki satılan qızılın saxta və yaxud aşağı keyfiyyətdə olmasını bilmək çox çətindir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qızıl satanları həkimlərlə müqayisə edib:

“Nə qədər qəribə görünsə də, qızılsatanlar da özlərini bəzi həkimlər kimi aparırlar. Məlumdur ki, bəzi həkimlər resept yazarkən çox zaman onun altına imza atmırlar, möhür qoymurlar. Beləcə özlərini sonrakı xoşagəlməz hallardan sığortalıyırlar. Qızılsatanlar da bir qayda olaraq alıcıya qəbz, kassa çeki vermirlər. Bu da onunla bağlıdır ki, Nazirlər Kabinetinin 114 saylı qərarında qızıl məmumlatları dəyişdirilməyən, qaytarılmayan mallar siyahısındadır. Ona görə də qızıl alan şəxs onu heç cür geri qaytara bilmir.

Qızıl satıcıları məhkəmə çəkişməsindən qaçmaq üçün alıcıya hansısa şans vermək istəmir. Çünki satcının satdığı qızıl saxta, keyfiyyətsiz və yaxud zədəli olarsa, o zaman vətəndaş bununla bağlı məhkəmə iddiası qaldıra bilər. Təbii ki, qızıl satanlar da alıcıya hüquqi əsas verməmək məqsədilə alqı-satqını rəsmiyyətə salmamaq üçün qəbz vermirlər”.


Müsahibimiz bir narahatlığını da dilə gətirib:

“Ən pisi də odur ki, bazarda kifayət qədər saxta və aşağı keyfiyyətli qızıl var. Ödəniş çekinin verilməməsinin bir səbəbi də budur. Aldanılmış, saxta məhsul almış istehlakçı haqqını müdafiə etmək üçün harasa müraciət edəndə ondan ödəniş çeki tələb olunacaq. Satıcılar da bunu bilir. Ona görə də qızıl satanlar hər cür məsuliyyətdən qurtulmaq üçün alıcıya ödəniş çeki vermir. Belə hallarla rastlaşan alıcılar ya satıcıdan çek tələb etsinlər, ya da 195 qaynar xidmətinə zəng etsinlər”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
0
bizim.media

1Источники