Bakı, 5 may, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnam Sosialist Respublikasının Ho Şi MİN şəhərində “20-ci BMT Vesak Günü” münasibətilə keçirilən tədbirdə iştirak edəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mayın 6-8-də baş tutacaq tədbirə 80-dən çox ölkədən nüfuzlu nümayəndələr, dövlət rəsmiləri, alim və siyasətçilər qatılacaqlar.
Beynəlxalq mədəniyyət nümayişləri, buddist sərgiləri və akademik panel müzakirələri ilə zəngin olacaq tədbir çərçivəsində paralel akademik konfranslar da təşkil ediləcək.