RU

Bakıda dostlar arasında qız üstündə bıçaqlanma — TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 2001-ci il təvəllüdlü Nicat şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Kənanı (adlar şərtidir – red.) bıçaqlayıb. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 6 dekabr 2023-cü ildə, saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Nar bağları” adlanan ərazidə baş verib. 

Nicat Kənanın bir müddət əvvəl münasibətlərdə olduğu Səidəyə “Tik Tok” sosial şəbəkəsində mesaj yazması səbəbindən sonuncunun təşəbbüsü ilə onunla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncunun məlum olmayan beysbol çubuğu ilə qəsdən bir neçə dəfə Nicata zərbə vurub. 

Daha sonra Nicat hadisə yerinə gəldiyi avtomobilin salonunda saxladığı məlum olmayan bıçağı götürüb və həmin bıçaqla qəsdən bir neçə dəfə zərbə vuraraq Kənana xəsarətlər yetirib. 
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Kamalla əvvəllər dost olublar: 

“Sonradan qıza görə aramızda narazılıq yarandı. Hadisə baş verən gün Kamal zəng edərək görüşmək istədiyini bildirdi. Görüşün səbəbini soruşduqda, Kamal görüşəndə söyləyəcəyini bildirdi. Kamal “WhatsApp” vasitəsilə olduğu məkanı göndərdi və həmin yerə gəlməyimi dedi. Kamalın göndərdiyi məkana, yəni Hövsan qəsəbəsində “Nar bağları” deyilən yerə getdim. Həmin yerə çatanda Kamalın məni gözlədiyini gördüm. Kamal yaxınlaşanda əlindəki beysbol taxtası ilə məni vurdu. Mən bir az arxaya çəkilsəm də, Kamal yenidən üstümə gələrək məni yenidən əlimdə olan taxta ilə vurmağa davam etdi. Bundan sonra qaçıb avtomobildə olan bıçağı götürdüm və həmin bıçaqla Kamalı vurdum. Kamalı vurduqdan sonra sonuncu məndən aralaşdı və maşına minərək hadisə yerindən getdi. Bundan sonra mən də öz maşınıma minərək həmin yerdən uzaqlaşdım”.

Nicat qeyd edib ki, hadisədən əvvəl bir dəfə Kamalla görüşən zaman Kamalın ona qıza yazmamasını bildirib: 

“Mən dı bundan sonra həmin qızla bir daha yazışmadım. Mən özüm hərbi xidmətdə olmamışam, 2 saylı kliniki psixatriya xəstəxanasında qeydiyyatda olmuşam. İbtidai istintaq zamanı barəmdə psixiatrik və psixoloji ekspertizanın keçirilməyib. Hadisə vaxtı özümü idarə edə bilmədiyimdən belə bir əməli törətmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 3 il 1 ay 8 gün azadlıqdan məhrum edilib. Ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi müvəkkilinin barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edib. 
Həmçinin zərərçəkmiş şəxs də apellyasiya şikayəti verib. 

O bildirib ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ağır cəza verilib. 

O, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini, həbsdən azad olunmasını istəyib. 
Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslə barışıb, ondan şikayətçi deyil. 

Hər iki şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətlərinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, zərərçəkmiş şəxsin şikayəti qismən, təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti isə tam təmin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və Nicatın barəsində olan cəzadan bir il çıxılıb. Ona qəti olaraq 2 il 1 ay 8 gün müddətinə cəza təyin edilib. 


Fariz Məlikli
Demokrat.az
Избранный
0
50
demokrat.az

10Источники