RU

Qarabağ Universiteti ABŞ-də "AERA Annual Meeting 2025" konfransında təmsil olunub

Qarabağ Universiteti ABŞ-nin Denver şəhərində keçirilən "AERA Annual Meeting 2025" konfransında təmsil olunub.Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, konfransın “Azərbaycanda Təhsilin Transformasiyası: Qlobal Təhsil Diplomatiyası üçün Dərslər” adlı panel sessiyasında Qarabağ Universitetini Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova təmsil edib.Sessiyada Azərbaycanda müəllimlərin peşəkar inkişafı sahəsində əldə olunan təcrübələr, yenilikçi yanaşmalar və bu təcrübənin beynəlxalq əməkdaşlıq üçün təqdim etdiyi perspektivlər müzakirə olunub.Konfransda 96 ölkədən 15 000-dən çox nümayəndə iştirak edib.

 

 

 

 

 

Избранный
0
tehsil.biz

1Источники