Bu gün Azərbaycanda yeganə olan Bakı Funikulyorunun 65 yaşı tamam olur. Funikulyor 5 may 1960-cı ildə istifadəyə verilib. O tanınmış dövlət xadimi, Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. SSRİ dövründə xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.
Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Bu nəqliyyat vasitəsi saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.
Modern.az-a açıqlamasında Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib ki, Bakı Funikulyorunun 65 illiyi münasibətilə bu gün saat 17:00-a qədər xidmətdən istifadə ödənişsiz olacaq.
Qeyd edək ki, Funikulyordan ödəniş məbləği hər istiqamət üzrə 1 manat təşkil edir.