AZ

Bakı Funikulyoru bu gün pulsuzdur

Bu gün Azərbaycanda yeganə olan Bakı Funikulyorunun 65 yaşı tamam olur. Bakı Funikulyorunun 65 illiyi münasibətilə bu gün saat 17:00-a qədər xidmətdən istifadə ödənişsiz olacaq.
Ulusal.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib.
Qeyd edək ki, Funikulyordan ödəniş məbləği hər istiqamət üzrə 1 manat təşkil edir.
Xatırladaq ki, funikulyor 5 may 1960-cı ildə istifadəyə verilib. O, tanınmış dövlət xadimi, əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. SSRİ dövründə xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.
Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Bu nəqliyyat vasitəsi saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.

Seçilən
0
11
moderator.az

10Mənbələr