RU

Ramil İskəndərli Filippin radiosunda beynəlxalq müsahibə verib - VİDEO

“Qlobal Cənub QHT Platforması”nın hazırda Baş Katib funksiyasını icra edən şəxs kimi Ramil İskəndərli Filippində yerləşən DZRH Balintataw Radiosuna beynəlxalq müsahibə verib. Müsahibə tanınmış aparıcı Cecile Guidote Alvarez tərəfindən təqdim olunub.

QHT.az xəbər verir ki, verilişdə, Bakıda yerləşən Azərbaycan QHT Koalisiyası tərəfindən təşkil olunan və 120 ölkənin iştirakı ilə keçirilmiş beynəlxalq təşəbbüs – Qlobal Cənub əməkdaşlıq platformasının yaradılması və BMT-nin COP29 çərçivəsində qəbul olunmuş ilkin qətnamə haqqında geniş məlumat verilib. Həmçinin, platformanın digər ölkələrdə yayılması və 1000-dən çox QHT-nin üzv olduğu yeni əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Müsahibədə, Azərbaycan nümayəndəsi Ramil İskəndərlinin liderliyinə və platformanın uğurla təqdimatına xüsusi diqqət yetirilib. Ramil İskəndərli verilişdə həmçinin Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq imkanları və mədəni diplomatiyada oynadığı rol barədə də fikirlərini bölüşüb.

Müsahibəyə aşağıdakı keçiddə:
🔗.......

Qeyd edək ki, veriliş mayın 4-də 2025-ci il DZRH-666 AM Radio vasitəsilə yayımlanıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
0
qht.az

1Источники