RU

“Allahverdi” və “Loru” komandaları yoldaşlıq görüşü keçirdi - Qərbi Azərbaycan Kubokuna hazırlıq

Loru mahalını təmsil edən "Allahverdi" və "Loru" komandaları arasında Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirilib.

Görüş qarşılıqlı qollarla yadda qalıb və əsas məqsəd komandalara yeni cəlb olunmuş futbolçuların çıxışını qiymətləndirmək olub. Hər iki komanda oyunda eksperimentlər apararaq heyətindəki oyunçuların səviyyəsini yoxlayıb.

Matçdan sonra 90deqiqe.Az-a açıqlama verən "Loru" FK-nın baş məşqçisi Vüqar Hacıyev qarşılaşmadan razı qaldığını bildirib:

“Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinə hazırlıq çərçivəsində bu oyun bizim üçün faydalı oldu. Yeni oyunçuları sınaqdan keçirdik və komandanın hazırkı durumu ilə bağlı müəyyən nəticələr çıxardıq. Hər iki komandamıza turnirdə uğurlar arzulayıram.”

Xatırladaq ki, görüş Allahverdi rayonunun 6-5 üstünlüyü ilə başa çatıb. Əlavə edək ki, Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinə hazırlıq prosesi davam edir və Loru mahalının komandaları bu yarışa ciddi şəkildə hazırlaşırlar.

Избранный
0
2
90deqiqe.az

3Источники