AZ

“Bu oyun bizə hazırlıq baxımından çox şey verdi” - "Loru" FK-nın baş məşqçisi

Loru mahalını təmsil edən "Allahverdi" və "Loru" komandaları arasında Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirilib.

Görüş qarşılıqlı qollarla yadda qalıb və əsas məqsəd komandalara yeni cəlb olunmuş futbolçuların çıxışını qiymətləndirmək olub. Hər iki komanda oyunda eksperimentlər apararaq heyətindəki oyunçuların səviyyəsini yoxlayıb.

Matçdan sonra 90deqiqe.Az-a açıqlama verən "Loru" FK-nın baş məşqçisi Vüqar Hacıyev qarşılaşmadan razı qaldığını bildirib:

"Bu gün Allahverdi və Loru komandaları arasında keçirilən ilk yoldaşlıq oyunu baş tutdu. Hər iki komanda Loru mahalını təmsil edir. Komandalarımıza yeni dəvət etdiyimiz oyunçuları meydana buraxıb onların hansı səviyyədə olduqlarını izlədik. Qərbi Azərbaycan Kuboku 2025 turnirinə hazırlıq oyunu qarşılıqlı qollarla yadda qaldı. Bu oyun bizim üçün faydalı oldu və komandanın hazırkı durumu ilə bağlı müəyyən nəticələr çıxardıq. Hər iki komandamıza turnirdə uğurlar arzulayıram.

Xatırladaq ki, görüş Allahverdi rayonunun 6-5 üstünlüyü ilə başa çatıb. Əlavə edək ki, Qərbi Azərbaycan Kuboku II mini futbol turnirinə hazırlıq prosesi davam edir və Loru mahalının komandaları bu yarışa ciddi şəkildə hazırlaşırlar.

Seçilən
0
2
90deqiqe.az

3Mənbələr