RU

Rusiya tərəfinin Azər Badamovu deportasiya etməsini qeyri-dost addım hesab edir, izahat gözləyirik - XİN

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan HacızadəAzərbaycan Respublikası Milli Məclisinin üzvünün RusiyaFederasiyası ərazisinə buraxılmaması ilə bağlı yerli medianınsuallarına cavab verib.

Trend sualı vəcavabı təqdim edir:

Sual: Məlumata əsasən, bu gün RusiyanınHəştərxan şəhərinə səfər edən Azərbaycan nümayəndə heyətinintərkibindəki Azərbaycan Respublikasının Milli Məclisinin üzvü AzərBadamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinəminməyə icazə verilməyib. Onun Rusiyaya girişinə qadağa qoyulduğuvə Rusiyadan Bakıya geri döndüyü bildirir. Bu məsələyə dairmövqeyinizi öyrənmək istərdik.

Cavab: Bəli, həqiqətən bu gün bu hadisə başverib. Qeyd edək ki, Milli Məclisin üzvü Azər Badamovun daxilolduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz RusiyaFederasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümətsədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümümünasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkilolunub.

Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiyatərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədənheyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada havalimanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunubildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra,ölkəmizə geri qaytarılıb.

Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsiləRusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələninaraşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahatverməyib.

Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir,məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyinigözləyirik.

Избранный
0
40
az.trend.az

10Источники