Ukrayna aviasiyası Baxmutda Rusiya Silahlı Qüvvələrinin 6-cı motoatıcı diviziyasının komanda məntəqəsini vurub.
Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Zərbə nəticəsində rusların Pokrovsk istiqamətində nəzarəti həyata keçirmək qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb", - məlumatda qeyd olunub.
İtkilər barədə məlumat verilməyib.
Telegram kanalımız