Rusiyanın Moskva şəhərinin "Vnukovo" hava limanında təyyarələrin qəbuluna və uçuşuna icazə ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Rosaviasiya"nın Mətbuat Xidmətinin "Telegram" kanalında məlumat paylaşılıb.
"Vnukovo" aeroportunun fəaliyyətində Moskva vaxtı ilə saat 09:06-dan (Bakı vaxtı ilə saat 10:06-dan) etibarən müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilir.
Hava limanında "Xalça" planı tətbiq edilib. Bu qərar mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Məhdudiyyətlərin dron hücumları təhlükəsi ilə bağlı olduğu güman edilir.