RU

Rumıniyada prezident seçkisi keçirilir

Rumıniyada təkrar prezident seçkisində səsvermə başlayıb.
 
Moderator.az "Kommersant" nəşrinə istinadla xəbər verir ki, ölkənin bütün yaşayış məntəqələrində yerli vaxtla saat 07:00-də (Bakı vaxtı ilə saat 08:00-də - red.) seçki məntəqələri açılıb.
 
Seçkidə 18 milyona yaxın seçici qeydiyyatdan keçib. Rumıniya prezidenti postu uğrunda 11 namizəd mübarizə aparır.
 
Birinci turda qalib gəlmək üçün onlardan biri seçicilərin ən azı 50 faizinin səsini toplamalıdır. Bu baş verməsə, mayın 18-də Rumıniyada səsvermənin ikinci turu keçiriləcək. Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00-da - red.) bağlanacaq.
 
Xatırladaq ki, ötən ilin dekabrında Rumıniya Konstitusiya Məhkəməsi rusiyayönlü siyasətçi sayılan sağçı namizəd Kelin Corceskunun qazandığı seçkinin nəticələrini ləğv edib. Birinci tur yenidən təşkil olunub.
Избранный
0
moderator.az

1Источники