RU

"Barselona" səfərdə qələbə qazanıb

İspaniya La Liqasında XXXIV turun daha 2 oyunu keçirilib.

 

Lider "Barselona" səfərdə autsayder "Real Valyadolid"lə qarşılaşıb.

 

Birinci hissədən sonra kataloniyalılar "Valyadolid"ə 0:1 hesabı ilə uduzublar. Baş məşqçi Hans-Diter Flikin əvəzetmələri ikinci hissədə öz bəhrəsini verib. Rafinya və Fermin Lopes fərqlənərək, "Barselona"ya 3 xal qazandırıblar.

 

Qeyd edək ki, bu qələbədən sonra lider ən yaxın izləyicisi "Real Madrid"lə xal fərqini 7-yə yüksəldib.

 

Apasport

Tarix: 4 May 2025, 02:25   
Избранный
0
2
pravda.az

3Источники