RU

Litvada ruslar üçün yeni məhdudiyyətlər tətbiq olundu

Mayın 3-dən Litvada rusiyalılar üçün yeni məhdudiyyətlər qüvvəyə minib.

Axar.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Yeni məhdudiyyətlərə əsasən, Rusiya və ya Belarusa üzrlü səbəb olmadan üç ay ərzində bir dəfədən çox səfər edənlər yaşayış icazəsini itirəcəklər. Beynəlxalq yük və sərnişin daşımaları ilə məşğul olan, o cümlədən AB ölkələrinə gedib-gələn və ya Litva ərazisindən tranzitlə gedən şirkətlərdə işləyən sürücülər istisnadır.

Ölkənin Miqrasiya Departamentinin məlumatına görə, aprelin 1-nə Litvada 14 min nəfərin yaşayış icazəsi var ki, onlardan 652-si Rusiya vətəndaşıdır.

Избранный
0
4
axar.az

9Источники