“Milan”da yayda növbəti məşqçi dəyişikliyi gözlənilir. Klub son bir il ərzində artıq iki dəfə məşqçi dəyişib və portuqaliyalı çalışdırıcı Serjio Konseysao çox güman ki, yayda vəzifəsindən ayrılacaq.
Bizim.Media xəbər verir ki, baş məşqçi postuna namizədlərdən biri də hazırda “Sampdoriya”da məsləhətçi olan Roberto Mançinidir.
“Milan” rəhbərliyini ən çox cəlb edən amil Mançininin italiyalı olmasıdır. Məhz belə bir mütəxəssis axtarılır.
Mançini əvvəlki illərdə İtaliya milli komandasını çalışdırıb və Avropa çempionatının qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта