"Halef" serialında rol alacaq bəzi aktyorların kimliyi artıq bəlli olub.
Axşam.az xəbər verir ki, ekran işində daha əvvəl "Çukur" serialında çəkilən aktyorlar Ercan Kesal və Tansu Biçer yer alacaq.
Həmçinin hazırda aktyor Erkan Kolçak Köstendil ilə də danışıqlar aparılır.
Qeyd edək ki, Show TV-də yayımlanması planlaşdırılan layihə "Çukur" serialının komandası tərəfindən lentə alınacaq. Ekran işində baş rolu isə Akın Akınözü canlandıracaq.