RU

Azərbaycanda 3 bankda əhalinin əmanətləri 1 milyard manatdan çoxdur

2025-ci ilin I rübünün yekunlarına əsasən, Azərbaycanda 3 bankda fiziki şəxslərin depzoit portfeli 1 milyard manatdan çoxdur.

FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.

Ən yüksək göstərici “Kapital Bank”dadır – 3 milyard 153 milyon manat.

 “Azərbaycan Beynəlxalq Bank” 2 milyard 719 milyon  manatla ikinci, “Paşa Bank” isə 1 milyard 782 milyon manatla üçüncü yeri tutur.

Daha bir neçə bankda da fiziki şəxslərin depozitləri kifayət qədər yüksək olub.

Məsələn "Unibank"da 964,1 milyon manat, "Xalq Bank"da 896,6 milyon manat, "Access Bank"da isə 827,5 milyon manat olub.

Избранный
0
fed.az

1Источники