Sumqayıtda ehtiyatsızlıqdan sirkə turşusu içən 70 yaşlı qadın xəstəxanada ölüb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1955-ci il təvəllüdlü Şəhla Əvəz qızı Əhmədova evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.
O, Bakıda yerləşən xəstəxanalardan birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта