"Madrid Masters" tennis turnirində finalçılar müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ilk finalçı argentinalı Fransisko Serundolonu məğlub edən Kasper Ruud olub. Ruud rəqibini 6:4 və 7:5 hesabı ilə 2 setdə məğlubiyyətə uğradıb.

Onun rəqibi isə bu gün dünya 5 nömrəsi olan Cek Dreyper olub. Dreyper yarımfinalda italiyalı Lorentso Muzetti ilə qarşılaşıb. İngiltərəli raket ustası ilk 6:3 hesabı ilə aktivinə yazdırıb. İkinci set daha gərgin mübarizə şəraitində keçib. Dreyper bu dəfə rəqibindən tay-breykdə üstün olmağı bacarıb - 7:6 (4).

Həlledici görüş bazar günü keçiriləcək.