“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Komissiya həmçinin, “ByteDance”ə pozuntuları düzəltmək üçün altı ay vaxt verib.
Komissiyanın bildirdiyinə görə, şirkət TikTok-un avropalı istifadəçiləri haqqında məlumatları Çin hakimiyyətinin əldə edə biləcəyi serverlərdə saxlayıb.
Bu, avropalılar haqqında məlumatların digər ölkələrin hakimiyyət orqanlarına ötürülməsini qadağan edən Avropa İttifaqının mövcud qaydalarının pozulmasıdır.